BAKI, 8 oktyabr. TELEQRAF

"Biz Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumları rəhbərlərinin bu il iyulun 23-də İstanbulda keçirilmiş birinci iclasının nəticələrini dəstəkləyirik və 2026-cı ildə Bakıda keçiriləcək ikinci iclası alqışlayırıq".

Teleqraf xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.

Həmçinin, müvafiq orqanlara bu sahədə əməkdaşlığın intensivləşdirilməsi tapşırığı verilib.