QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü başa çatıb.
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Zirvə görüşünün yekununa dair Bəyannamə imzalanıb və Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bundan sonra Fizulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməlqoyma mərasimi keçiriləcək.