Zəngəzur dəhlizinin açılması Türk dünyasını birləşdirəcək.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bu gün Qəbələdə keçirilən TDT Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Zəngəzur dəhlizinin açılması Türk dünyasının birliyini və iqtisadi əlaqələrini daha da gücləndirəcək, həmçinin qədim İpək Yolunun yenidən canlanmasına şərait yaradacaq. Bu layihə region üçün strateji əhəmiyyət daşıyır və qlobal nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayacaq”,- o qeyd edib.