QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atılan addımları dəstəkləyir.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Bu məqsədlə avqustun 8-də Ermənistan və Azərbaycan arasında imzalanan razılaşma alqışlanır. Həmçinin, Özbəkistan və Qırğızıstan arasında uzun illər davam edən sərhəd məsələsinin həlli də böyük məmnunluqla qarşılanıb. Türkiyə bu addımların regionda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verəcəyinə inanır. Biz hər iki ölkənin prezidentinə göstərdikləri siyasi iradəyə görə təşəkkürünü bildiririk”, - o qeyd edib.