QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Rəqəmsal Monitorinq Mərkəzinin yaradılmasını təklif edib.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Qazaxıstanın məqsədi tam rəqəmsallaşmış bir ölkəyə çevrilməkdir: “Bu, bizim strateji hədəfimizdir. Bu ilin əvvəlində süni intellekt sahəsində 400-dən çox tələbə xüsusi təhsil alıb. Hazırda bu sahədə ilk tədqiqat universitetinin yaradılması planlaşdırılır”.