QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF
Qırğızıstanda keçiriləcək parlament seçkilərinə Türk Dövlətləri Təşkilatından (TDT) müşahidəçilər dəvət olunub.
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğız Prezidenti Sadır Japarov bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
“Bu il Qırğızıstanda parlament seçkiləri keçiriləcək. Bu məqsədlə Türk Dövlətləri Təşkilatına üzv ölkələr seçkiləri izləmək üçün müşahidəçi qismində dəvət edirik”,- o qeyd edib.