BAKI, 2 oktyabr. TELEQRAF
Oktyabrın 2-də Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sonra tədbirin iştirakçıları birgə foto çəkdiriblər.
***
12:37
Bu dəqiqələrdə Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.
Teleqraf xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.