BAKI, 30 sentyabr. TELEQRAF
Azərbaycan yeni iqlim təşəbbüsləri üzərində işləyir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
O qeyd edib ki, hazırlanan planların əsas məqsədi iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirməkdir.
Muxtar Babayevin sözlərinə görə, Bakıda keçirilən COP29 çərçivəsində yaşıl iqtisadiyyata keçid, enerji təhlükəsizliyi, ixrac imkanları və təmiz energetikanın inkişafı müzakirə olunub:
“Enerji tranzitinin növbəti mərhələsi, təmiz hidrogenin tənzimlənməsi 60-dan çox ölkənin iştirakı ilə gündəmə gətirildi”.
O vurğulayıb ki, Azərbaycanın enerji sistemi daha çevik modelə uyğunlaşdırılır və bərpa olunan mənbələrə keçidlə bağlı geniş müzakirələr aparılır:
“İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün həm dövlət, həm də özəl sektor fəal iştirak etməlidir”.