BAKI, 29 sentyabr. TELEQRAF

Sentyabrın 29-da Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gedib.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.

“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarus Respublikası Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.