BAKI, 26 sentyabr. TELEQRAF
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Atəşgah məbədini ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, diplomat Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə səfərinə məhz "Odlar Yurdu"nun rəmzi sayılan bu məkandan başlayıb.
"Tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda o, Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi. Xoş gəlmisiniz, xanım Karlon", - məlumatda deyilir.
A welcome message from our new Deputy Chief of Mission Amy Carlon. DCM Carlon chose the Ateshgah Temple as her very first cultural stop in Azerbaijan — a place that beautifully reflects the spirit of the Land of Fire. Standing where history, faith, and tradition meet, she felt… pic.twitter.com/Hg4awpcrF8
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 26, 2025