BAKI, 8 sentyabr. TELEQRAF

Çin şirkətləri Azərbaycanda alternativ enerji layihələrinə qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən mətbuat konfrasında bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının rəsmi tikintisinə start veriləcək:

“Həmçinin hazırda Xızı–Abşeron ərazisində 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi uğurla davam edir”.