BAKI, 8 sentyabr. TELEQRAF
"Çin Azərbaycanla əməkdaşlığı gücləndirməyə hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün keçirilən mətbuat konfrasında bildirib.
Diplomat qeyd edib ki, Çin və Azərbaycan bir-birini əsas maraqlar və mühüm məsələlərdə daim qətiyyətlə dəstəkləyiblər.
“Bu, iki ölkə arasındakı münasibətlərin ənənəvi xüsusiyyətlərindən biri və hərtərəfli strateji tərəfdaşlığın təbii tərkib hissəsidir”.