BAKI, 4 sentyabr. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi Sudana başsağlığı verib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Sudanda baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə dərin hüznümüzü bildiririk. Həlak olanların ailələrinə ürəkdən başsağlığı verir, bu ağır günlərdə qardaş Sudan xalqının kədərini bölüşürük.
Yaralılara tezliklə şəfa diləyirik. Sudan xalqının bu faciənin nəticələrinin öhdəsindən güclə və dözümlə gələcəyinə ümid edirik", - paylaşımda deyilir.
We express our profound sorrow over the tragic loss of lives caused by the landslide in #Sudan.
— MFA Azerbaijan (@AzerbaijanMFA) September 4, 2025
We extend our heartfelt condolences to the families of the victims and share the grief of the brotherly people of Sudan in this difficult time.
We wish a speedy recovery to the…