BAKI, 29 avqust. TELEQRAF

Putinlə Paşinyanın görüşü yaxşı keçib".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov deyib ki, sabah Rusiya liderinin əlavə görüşləri ilə bağlı razılaşmalar var.

Rusiya Prezidentinin mətbuat katibi Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətləşəcəyini də istisna etməyib və xatırladıb ki, qarşıdakı tədbirlərdə onların hər ikisinin iştirakı gözlənilir.

D.Peskov eyni zamanda Prezidentlərin görüşəcəyinə ümid etdiyini bildirib.