BRÜSSEL, 27 avqust. TELEQRAF

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ölkəmizdən olan bir qrup media nümayəndəsi ilə görüşüb.

Teleqraf-ın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş nümayəndəlikdə keçirilib.

Bu çərçivədə diplomat media nümayəndələrinə Azərbaycan - NATO tərəfdaşlığı barədə məlumat verib.