BAKI, 21 avqust. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin ilə görüşüb.

Teleqraf xəbər verir ki, diplomat bu barədə "X"də yazıb.

Diplomat bildirib ki, Hikmət Hacıyevi Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və regional əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.