BAKI, 20 avqust. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Kipr xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.

Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Kipr xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı, Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.