BAKI, 15 avqust. TELEQRAF

Ukrayna Alyaskada keçiriləcək Tramp - Putin görüşündə ABŞ-nin güclü mövqeyinə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

"Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq - ruslar Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə...", - o qeyd edib.

Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Görüşdə Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.