BAKI, 10 avqust. TELEQRAF

"Ermənistan və Azərbaycan liderləri arasında razılaşdırılan tarixi bəyanatı böyük məmnuniyyətlə qarşılayırıq".

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"ABŞ-ın dəyərli dəstəyi ilə əldə olunmuş bu razılaşma regionda sabitliyin və davamlı sülhün təməlini qoyur. Bu təməl suverenlik və ərazi bütövlüyünün qarşılıqlı hörmətinə əsaslanır".