BAKI, 9 avqust. TELEQRAF
Monteneqro ABŞ-ın köməyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə Monteneqro baş nazirinin müavini, xarici və Avropa məsələləri üzrə naziri Filip İvanoviç sosial media hesabında bəyənat yayıb.
"Bu, sülhün, eləcə də uzunmüddətli regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir. Azərbaycan, Ermənistan və ABŞ liderlərini təbrik edirəm", - bəyənatda qeyd edilib.