BAKI, 9 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ evin rəmzi açarını Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə edib.
Teleqraf-ın xəbərinə görə, Birləşmiş Ştatlar lideri hədiyyəsini avqustun 8-də Ağ Evdə görüş zamanı verib.
Donald Tramp deyib: Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin rəmzi açarları Hindistanın Baş naziri Narendra Modi və Yaponiyanın Baş naziri Taro Asoya təqdim olunub.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş olub. Sonda Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi dövlət başçıları imzalayıb.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Danışıqların yekununda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.
