BAKI, 9 avqust. TELEQRAF
Bu gün Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh razılaşmasının paraflanması həyata keçirildi.
Teleqraf xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"Bütün regionun xeyrinə olan bu razılaşmanı dəstəkləyirik. Avstriya növbəti mərhələlərdə dəstək göstərməyə hazırdır",- paylaşımda deyilir.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.