BAKI, 9 avqust. TELEQRAF
Bu gün Ermənistan və Azərbaycan tərəfindən verilən bəyanat davamlı sülh yolunda xoş xəbərdir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bildirib.
"Razılaşdırılmış addımların vaxtında həyata keçirilməsi indi çox vacibdir. Avropa İttifaqı regionda davamlı sülh, sabitlik və rifah üçün normallaşma səylərini dəstəkləməyə davam edəcək", - o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş zamanı rəsmi Bakı ilə İrəvan arasında sülh gündəliyi, Zəngəzur dəhlizinin açılması və s. məsələlər müzakirə olunub.
Yekunda üç ölkə liderinin görüşünə dair Birgə Bəyannamə imzalanıb.