BAKI, 9 avqust. TELEQRAF

"Bu günü kölgədə qoymaq mümkün deyil".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Tramp bildirib ki, münaqişə nəticəsində xeyli insan həlak olub. Azərbaycanla Ermənistan 30 ildir ki, müharibə içində idi.

ABŞ lideri Qafqaza səfərə getməyin vacib olduğunu qeyd edərək ölkə liderlərini belə qiymətləndirib: "Siz çox böyük liderlərsiniz, adlarınız tarixə keçəcək".