BAKI, 9 avqust. TELEQRAF

"ABŞ ilə Strateji tərəfdaşlıq Xartiyası bir neçə sahəni əhatə edir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı əlavə edib: "Bura enerji sahəsi, süni zəka, müdafiə sahəsində mübadilə və terrorçuluğa qarşı mübarizə aiddir. Azərbaycan üçün böyük imkanlar açılır, gələcəyə nikbin imkanlar yaranır. Azərbaycana qarşı 1992-ci ildən tətbiq olunan 907-ci düzəliş aradan qaldırıldı. Bu, Trampın səyi nəticəsində mümkün oldu. Bu gün Azərbaycan xalqının yaddaşında əbədi qalacaq".