BAKI, 9 avqust. TELEQRAF
"ABŞ Prezidenti tərəfindən Ağ Evə dəvət olunmağım çox böyük şərəfdir və bu tarixi hadisədir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı ABŞ-Azərbaycan münasibətlərinin perspektivlərinə də toxunub: "Biz yeni tarixə şahid oluruq. ABŞ-Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açılır. Strateji Tərəfdaşlıq Xartiyası bir neçə aya hazırlanacaq. Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaş olmaq böyük uğur və məsuliyyətdir. Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqazda sülhü təmin edən Trampın siyasətini daim xatırlayacaq".