BAKI, 23 iyul. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrailin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir olunub, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb.
"Azərbaycan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsini dəstəkləyir və bu prosesə töhfə verməyə hər zaman hazırdır",- C. Bayramov qeyd edib.