BAKI, 22 iyul. TELEQRAF
Xarici işlər naziri (XİN) Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Qəhrəmanlar Meydanını ziyarət edərək, ölkənin müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə əklil qoyub.
Teleqraf xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
***
15:24
Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik özünün "X" hesabında paylaşım edib.
Qeyd olunub ki, XİN rəhbəri Ceyhun Bayramv Heydər Əliyevin abidəsi önünüə əklil qoyub.