BAKI. 21 iyul. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə, yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", - deyə başsağlığında deyilir.