BAKI, 18 iyul. TELEQRAF

"Azərbaycan və Türkiyə bir-birlərinin məsələsinə sadəcə kənardan deyil, artıq içdən baxır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan Qardaşlıq Forumunda deyib.

O bildirib ki, hər iki ölkə üçün dostdan çox düşmən var idi.

"2016-cı il 15 iyul tarixinə gedən yolda bir çox yanlışlıqlar var idi. O tarix Türkiyəni sıradan çıxartmaq üçün bir hadisə idi. Həmin gün Azərbaycan mediasını bu qədər həssas görməmişdim. Onlar çox həssas yanaşdılar. Türkiyə zərər görərsə, bütün türk dünyası zərər görər. Qardaş ölkədə baş verən hər hadisə bizə təsir edir", - o əlavə edib.