BAKI, 18 iyul. TELEQRAF

"Türkiyə və Azərbaycan tarixdə olmadığı qədər ən mükəmməl dövrü yaşayırlar".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə-Azərbaycan Qardaşlıq Forumunda deyib.

O bildirib ki, bu gün hər iki ölkənin dövlət liderləri birlikdə hərəkət etməkdədirlər.

"Bu qardaşlıq sarsılmazdır. Qardaşlığı öncəliklə xalqlarımız istəyir. Milli mənfəətlərimiz qarşısında da bu münasibət vacibdir", - o əlavə edib.