BAKI, 12 iyul. TELEQRAF

"Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsini protestant kilsəsinə çevirməyi planlaşdırır".

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Ekspertin iddiasına görə, Paşinyan Erməni Apostol Kilsəsinin yox, protestant konfessiyalarından birinin üzvüdür:

"Paşinyan erməni kilsəsini transformasiya etməyə, onu protestant kilsəsinə çevirməyə çalışır".

İddia Rusiya KİV-i tərəfindən də tirajlanıb.

Həmin iddia belədir:

"Ermənistan Baş naziri Erməni Apostol Kilsəsinin üzvü deyil, digər protestant konfessiyalarından birinin üzvüdür. Amma bunun birmənalı təsdiqi yoxdur. Formal olaraq Nikol Paşinyan öz doğma inancından imtina etməyib, siyasi qeydlərdə "erməni xristianlığının davamçısı" kimi qeyd olunub. Amma onun dini üstünlükləri ilə bağlı eyhamlar var".