BAKI, 11 iyul. TELEQRAF

Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik olunub.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, büdcədən maliyyələşən qurumlar bölməsinə “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi daxil edilib.