BAKI, 6 iyul. TELEQRAF

Azərbaycan ABŞ-nin Texas ştatında baş vermiş güclü sel nəticəsində çoxsaylı insan tələfatı və xəsarət halları ilə bağlı dərin kədərini ifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

“Hadisə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, eləcə də ABŞ hökumətinə və bu faciədən təsirlənmiş bütün insanlara ürəkdən başsağlığı veririk.

Həlak olanların itkisinə yas tutur və çətinliklərlə üzləşən insanlara dəstəyinimizi bildiririk.

Ümid edirik ki, ABŞ bu faciənin fəsadlarını tezliklə aradan qaldıracaq”, - paylaşımda deyilir.

Qeyd edək ki, Texasda güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb.