XANKƏNDİ, 4 iyul. TELEQRAF
"Gələn ilin aprelində Bakıda 82-ci ESCAP Komissiya Sessiyası keçiriləcək".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini , Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alişahbana İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında bildirib.
O, regional əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, siyasətlərin uyğunlaşdırılması, iqlim risklərinin qiymətləndirilməsi və davamlı inkişafın əməkdaşlıq sahələrinə inteqrasiyasının əsas prioritetlər olduğunu vurğulayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsə verdiyi dəstək üçün təşəkkür edərək ECO üzv ölkələrini Bakıda keçiriləcək 82-ci ESCAP Komissiya Sessiyasına dəvət edib.