XANKƏNDİ, 4 iyul. TELEQRAF

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.

Teleqraf-ın Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edən liderləri qarşılayıb.

Qarşılanma mərasimindən videonu təqdim edirik:

Xatırladaq ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistanın Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir, Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar, Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu və başqa rəsmilər iştirak edirlər.