XANKƏNDİ, 4 iyul. TELEQRAF

"Hazırkı xaotik vəziyyət regionda sabitliyi pozur".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.

O, İsrailin İrana qarşı həyata keçirdiyi hücumun qəbuledilməz olduğunu bildirib: "Pakistan bu təcavüzü qəti şəkildə pisləyir və bu hücum nəticəsində həyatını itirənlərə görə İran xalqına başsağlığı verir".