XANKƏNDİ, 4 iyul. TELEQRAF
"ECO-ya üzv ölkələr arasında nəqiyyat-logistika imkanlarının inkişaf etdirilməsi təklif olunub".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O bildirib ki, təşkilat arasında ticarət dövriyyəsini artırmaq üçün bir neçə addım atılmalıdır:
"Kollektiv səylərimiz bunlara yönəlməlidir. Təşkilata üzv ölkələr arasında nəqliyyət-loqistika imkanlarını asanlaşdırılmalı, viza, gömrük proseslərini asanlaşdırmaq, yük daşımanın rəqəmsallaşdırıması, dənizə çıxışı olan ölkələr üçün liman xidmətləri üçün azaldılmış tariflərin olmasını təklif edirik. Sənayenin inkişafı üçün xarici investorlar üçün imkanlar yaratmalıyıq".