XANKƏNDİ, 4 iyul. TELEQRAF
"Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir".
Teleqrafın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə bildirib.
Dövlət başçısı bildirib: “Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Biz bu göstəriciyə görə dünyada ön sıralardayıq”.