XANKƏNDİ, 4 iyul. TELEQRAF
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammiti İranda keçiriləcək.
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə qərar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə qəbul olunub.
***
13:58
"İran ECO-nun 18-ci Zirvə görüşünə ev sahibliyi etmək istəyir".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
"Biz təşkilata üzv ölkələrin rəhbərlərini ölkəmizdə qəbul etməkdən şərəf duyarıq", - deyə Pezeşkian əlavə edib.