XANKƏNDİ, 4 iyul. TELEQRAF
"Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb".
Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə bildirib.
İndi Azərbaycanın Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa etdiyini deyən dövlət başçısı diqqətə çatdırıb: “Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.