BAKI, 28 iyun. TELEQRAF
Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburqda azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Vurğulanıb ki, məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözlənti qarşı tərəfin diqqətinə çatdırılıb.