BAKI, 25 iyun. TELEQRAF

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Qvadelupa arasında memorandum imzalanacaq.

Teleqraf xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfransda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qvadelupa ilə əməkdaşlıq təkcə siyasi sferanı deyil, həmçinin ətraf mühit və digər sahələri də əhatə edir.