BAKI, 24 iyun. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunulubh, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.