BAKI, 21 iyun. TELEQRAF

Xarici işlər naziri (XİN) Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:23

Xarici işlər naziri Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyası çərçivəsində Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov ilə görüşüb.

Bu barədə Teleqraf-a XİN-dən məlumat verilib.

Tərəflər ikitərəfli əməkdaşlığı, regional və qlobal hadisələri, xüsusilə də İsrail-İran eskalasiyası və ikitərəfli strateji müttəfiqliyin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.