BAKI, 20 iyun. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclik Forumunda iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"Bu gün Haliç Universitetində İslam Əməkdaşlıq Təşkilatının Gənclik Forumu tərəfindən təşkil olunan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "İƏT Gənclər Forumu Böyük Gənclik Mükafatı"nın təqdim edildiyi mükafatlandırma mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu təmsil edərək iştirak etdik",- paylaşımda deyilir.