BAKI, 19 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramamaraşda "Azərbaycan" məhəlləsinin açılışında iştirak edən Prezident İlham Əliyevlə birlikdə fotosunu paylaşıb.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"Biz eyni bayrağın kölgəsində dua edən, eyni seccadədə gözyaşı tökən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq. “Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan?..”