ASTARA, 17 iyun. TELEQRAF
Bu gün Astara sərhəd buraxılış məntəqəsindən üç Gürcüstan vətəndaşı təxliyə olunub.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, iki övladı ilə Azərbaycan tərəfə daxil olan əcnəbi İrana turist kimi gedibmiş.
Xatırladaq ki, 5 gündür davam edən təxliyə prosesində Rusiya, Tacikistan, Belarus vətəndaşı olan 600-dən çox şəxs Azərbaycanın yaratdığı humanitar dəhlizdən istifadə edib.