BAKI, 17 iyun. TELEQRAF

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Teleqraf-a parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fazil Mustafa, Azərbaycanın Serbiyada səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Spiker Afrim Qaşi ölkəmizə səfəri çərçivəsində dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının tədbirlərinə qatılacaq.