BAKI, 14 iyun. TELEQRAF
İrandan təxliyə edilməli olan 88 Rusiya vətəndaşından 56-sı artıq Azərbaycan ərazisindədir, o cümlədən rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupunun üzvləri.
Teleqraf xəbər verir ki, barədə Rusiyanın Azərbaycandakı səfirliyindən bildirilib.
“Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikası ərazisindədir. Sərhəddən keçid davam edir”, - səfirliyin mətbuat xidmətindən deyilib.
Səfirlik Rusiya vətəndaşlarının təxliyəsi və sonradan oteldə yerləşdirilməsi üçün nəqliyyatın təmin edilməsində göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Bu çərçivədə iyunun 14-də Rusiyanın bir qrup mədəniyyət və incəsənət xadimi İrandan Azərbaycana təxliyə olunub. Təxliyə olunanlar arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var.